Yenidən embarqo tətbiq edilən İran

Yenidən embarqo tətbiq edilən İrandan ABŞ-a cavablar gecikmir. YeniŞafakverdiyi məlumata görə, İİR Xin rəhbəri Cavad Zərif ABŞ-ın sanksiyalarını keçərək Rusiya və Türkiyə ilə ticarət etməyi mümkünləşdirən bir mexanizm hazırladıqlarını bildirib.
AB ölkələri, ABŞ-ın İrana qarşı sanksiyalardan ötüşərək İranla ticari əlaqələrini davam etdirmək üçün qurduqları INSTEX mexanizmi ilə Avropa firmalarını müdafiəyə almışdı. Cavad Zərif də Türkiyə və Rusiya ilə ticarəti davam etdirmək üçün oxşar mexanizm qurduqlarını açıqlayıb.
«İranın INSTEX versiyasının adı SATMA-dır. AB-ni bu məsələ ilə bağlı xəbərdarlıq etmişik. INSTEX-ə bənzəyən bu mexanizm Türkiyə və Rusiya da daxil olmaqla bizimlə ticarət etmək istəyən digər ölkələr də daxil ediləcək», - deyə XİN rəhbəri bildirib.