Florans Parli bildirib.

Fransa İranın nüvə sazişində qalmasını istəyir. "RİA Novosti" verdiyi məlumata bu barədə Fransanın xarici işlər naziri Florans Parli bildirib.
"Bundan daha acınacaqlı bir şey ola bilməz", - deyə nazir vurğulayıb.
Qeyd edək ki, İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bu gündən etibarən nüvə sazişindəki bəzi addımlarını dayandıracağına dair bəyanat ünvanlayıb. Bəyanatda deyilir ki, İran hazırkı mərhələdə artıq zənginləşdirilmiş uranın və ağır su ehtiyatlarının saxlanılmasına dair məhdudiyyətlərə öhdəlikli olmayacaq.