Şəhid Bədrəddinin həyat tarixinə baxdıqda

Hizbullah təşkilatının baş katibi Seyid Həsən Nəsrullah müqavimət komandirlərindən Mustafa Bədrəddinin üçüncü ildönümü ilə əlaqədar televiziya vasitəsilə çıxış edib. "Əl-Məsdər" bildirir ki, Seyid Nəsrullah "Zülfüqar" ləqəbi ilə tanınan Hizbullah komandirinin sahib olduğu məhdud imkanlar daxilində böyük işlər gördüyünü vurğulayıb.
"Şəhid Bədrəddinin həyat tarixinə baxdıqda, gənc yaşlarından müqavimətə daxil olduğunu və sonda ən böyük sərkərdələrdən biri olduğunu görürük. Şəhid Bədrəddin və həmkarlarının ən mühüm xüsusiyyətləri İslam ümməti məsələlərindən vaz keçməmək olub. Onun ən bariz xüsusiyyətlərindən biri qərarlı əzm və iradəyə malik olması və İslam dünyası ilə bağlı bütün problemlərə əhəmiyyət verməsi idi. Mustafa Bədrəddin kimi insanlar sahib olduqları ən kiçik imkanlar daxilində ən böyük imkanları yaradıblar",-deyə Hizbullah lideri vurğulayıb.
Seyid Həsən Nəsrallah Səudiyyə-ABŞ iş birliyi barəsində danışarkən deyib ki, ər-Riyad terrorçulara böyük dəstək göstərir: "Təkfirçi İŞİD terrorçuları Suriyanın 45 faizini və İraq torpaqlarının yarısını necə işğal etdi? Suriya və İraqdakı İŞİD terrorçularına maddi və silah dəstəyini kim təmin etdi? Əlbəttə, İŞİD terrorçularını yaradan vəhhabilər və Səudiyyədir. İŞİD terrorçuları vəhhabi Səudiyyə tərəfindən yaradılıb və ABŞ-ın maliyyə yardımı və dəstəyi ilə ortaya çıxıb. Səudiyyə Ərəbistandakı dini məktəblərdə, universitetlərdə və məscidlərdə yaradılan vəhhabilik dünyanın hər yerinə Səudiyyənin pulu və Amerikanın istəyi ilə ixrac edilir. Səudiyyə Ərəbistanından vəhhabi ideyasının yayılmasını istəyən məhz Amerikadır"
Hizbullah lideri həmçinin İsrail hərbçilərinin Livanına cənubuna soxulmaq istəklərinə də münasibət bildirib: "Bu gün ABŞ, Qərb ölkələri, həmçinin Ərəb ölkələri və onlara bağlı media, sionist İsrail rejiminin Livan müqavimətinə qarşı mümkün müharibəsini böyük göstərmək istəyirlər. Həqiqət budur ki, sionist rejimin müqavimətə qarşı hərbi əməliyyat keçirəcəyi ilə bağlı fikirlər, Livan xalqından güzəştlər əldə etmək üçün əslində Livan hökumətinə və xalqına qarşı psixoloji müharibədir.
Ərəb-Qərb tandeminin Livana qarşı bu əhatəli psixoloji müharibəsinin yeganə səbəbi var. O da Livandakı müqavimətin raketləridir. Livan güclü və iqtidara sahibi olan ölkədir və livanlılar, Qərb və regiondakı davamçılarının apardığı psixoloji müharibənin onlara təsir etməsinə imkan verməməlidir.
Heç kəs İsrail rejiminin Livana mümkün hərbi təcavüzündən qorxmamalıdır. İsrail müharibə istəyirsə, buyursun gəlsin, deyəcək bir şey yoxdur. Təl-Əvivə onların qələbə vaxtlarının sona çatdığını deyirik. Hazırda İsrail işğalçılarına qarşı müqavimətin güclərindən tam olaraq bəhs etməyi düşünmürəm. Amma dürüst və qərarlı bir şəkildə sizə bu sözü verirəm ki, əgər İsrail ordusunun əsgərləri və briqadaları cənuba girərsə, dünya televiziyalarının kameraları önündə məhv ediləcəklər