Ukraynanın yeni prezidenti

Kiyev 5 ilə Donbası öz nəzarəti altna qaytaracaq. "RİA Novosti" verdiyi məlumata görə, bu barədə Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin təhlükəsizlik və müdafiə məsələləri üzrə müşaviri İvan Apaşın "Apostrof" portalına bildirib.
Maraqlısı budur ki, o, bundan əvvəl Kiyevin Donbası və Krımı müharibə yolu ilə qaytarmaq iqtidarında olmadığını söyləyib.
Qeyd edək ki, aprelin 30-u Ukrayna Mərkəzi Seçki Komissiyası Zelenskini prezident seçkilərinin qalibi elan edib. İkinci turda onu 73,22% seçici, Poroşenkonu isə cəmi 24,45% seçici dəstəkləyib.