Biz bütün variantları nəzərdən keçiririk.

Gələn həftə Venesuelada çox şeylər baş verəcək. "TASS" verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ Venesuelada yaranmış böhranın həllinə xidmət edə biləcək bütün variantları nəzərdən keçirir.
"Bu dəhşətli vəziyyətdir. Biz bütün variantları nəzərdən keçiririk. Biz insanlara kömək etmək istəyirik. Gələn həftə çox şey baş verəcək", - deyə Tramp vurğulayıb.