Donald Tramp miqrantlar üçün sığınacaq sistemini sərtləşdirmək niyyətindədir.

ABŞ prezidenti Donald Tramp miqrantlar üçün sığınacaq sistemini sərtləşdirmək niyyətindədir. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Prezident Tramp, qanuni sığınacaq axtaran şəxslər üçün sığınacaq təmin etmək və eyni zamanda, meyarlara uyğun olmayan və tələblərə cavab verməyən qaçaq mmiqrantları daha təsirli bir şəkildə izləmək və ölkədən çıxarmaq üçün memorandum imzalayıb",-deyə məlumatda qeyd olunur.
Buna qədər Donald Tramp mart ayının sonunda Meksika rəhbərliyinə müraciət edib ki, əgər qeyri-qanuni miqrantların ABŞ-a girişinin qarşısını almazsa, ölkə ilə sərhədin böyük hissəsini yaxın gələcəkdə bağlayacaq.