Polşadan rekasiya gəlib

Fransa prezidenti Emmanuel Makronun Şengen vizasına daxil olan ölkələrin siyahısının azaldılması ilə bağlı açıqlamasına ilk olaraq Polşadan rekasiya gəlib. "RİA Novosti" bildirir ki, Polşanın XİN-in rəsmisi Eva Suvara Varşavanın təkcə Avropa Birliyinin güzəştlərindən istifadə etmədiyini, həm də onun yükünü daşıdığını açıqlayıb.
"Əgər konkret söhbət Polşadan gedirsə, onda biz bir tərəfdən həmin güzəştlərdən istifadə edirik, digər tərəfdən birliyin inkişafında iştirak edirik və yük daşıyırıq",-deyə Polşanın XİN rəsmisi əlavə edib.
Dünən Fransa prezidenti çıxışı zamanı Şengen vizasına daxil olan ölkələrin sayının azaldılmasını istisna etməyib.