Biz Rusiya Federasiyası ilə təkbətək qalmamalıyıq

Ukrayna prezidnet seçkilərinin qalibi Vladimir Zelenski Donbas və Luqansk rəhbərləri ilə görüşməməlidir. Zelenski həmçinin Rusiya prezidenti Vladimir Putinlə də təkbətək görüşməməlidir. Bu görüş, ancaq ABŞ və Böyük Britaniya nümayəndələrinin iştirakı ilə baş tutmalıdır.
Bu barədə Zelenskinin hərbi müşaviri İvan Aparşin bildirib.
"Biz Rusiya Federasiyası ilə təkbətək qalmamalıyıq. Çünki onda bu problemi həll edə bilməyəcəyik. Ona görə də Ukraynanın yeni liderinin Lukansk və Donetsk rəhbərliyi ilə danışıqlar masası arxasında oturmasını dəstəkləməyəcəyəm", - Aparşin ZİK telekanalının efirində deyib.
Aparşinin sözlərinə görə, Zelenskinin Donbas problemini Ukrayna üçün əlverişli şərtlərlə həll etmək üçün istəklidir.