İrandan neft almayin

ABŞ Dövlət Departamenti mayın 2-dən bir sıra ölkələr üçün İrandan neft idxalına verdiyi icazəni ləğv edir. Bu barədə "Washington Post" və "Wall Street Journal" qəzetləri mənbələrə istinadən yazıb.
Məlumatda bildirilir ki, ABŞ ötən ilin noyabr ayında İrana qarşı sanksiya tətbiq etdiyinə baxmayaraq Çin, Hindistan, Yunanıstan, Yaponiya, Cənubi Koreya və bir sıra ölkələrə Tehrandan neft almaq icazəsini verib.
Həmçinin məlumatda qeyd edilir ki, Çin və Hindistan İran neftinin əsas idxalçısıdır. Əgər iki ölkə Vaşinqtonun tələbləri ilə razılaşmasa bu ikitərəfli münasibətlərdə ciddi gərginliklərə səbəb olacaq.