Sudanda 19 dekabrda iqtisadi böhran səbəbi ilə başlayan mitinqlər sürətlə paytaxt Hartum və digər şəhərlərə yayılıb

Bir neçə gün öncə trombozdan (qan laxtalanması) müalicə alan Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir yemək yeməkdən və dərman qəbul etməkdən imtina edib. "haber7" portalı bildirir ki, əl-Bəşir müalicədən sonra Hartumdakı qonaq evinə aparılıb.
Ölkənin Səhiyyə İdarəsinin rəsmisi bidirib ki, müalicədən sonra sabiq prezidentin səhhəti stabilləşsə də, psixi durumu yerində deyil. Ona yemək isə maye maddələrlə damardan vuulur.
Qeyd edək ki, Sudanda 19 dekabrda iqtisadi böhran səbəbi ilə başlayan mitinqlər sürətlə paytaxt Hartum və digər şəhərlərə yayılıb. Milyonlarla insanın küçələrə çıxmasından sonra 11 apreldə əl-Bəşirin hakimiyyətinə son qoyulub.