Zelenskini Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko təbrik edib.

10 ölkə nümayəndələri Ukrayna prezidenliyinə namizədi Vladimir Zelenskini prezident seçkilərdə qələbəsi ilə bağlı təbrik edib. Bu barədə "TASS" agentliyi yazıb.
Məlumatda bildirilir ki, ilk növbədə Zelenskini Ukraynanın hazırkı prezidenti Pyotr Poroşenko təbrik edib. Həmçinin namizədi ABŞ prezidenti Donald Tramp, Britaniyanın xarici işlər naziri Ceremi Xant, Polşa prezidenti Ancey Duda, Kanadanın baş naziri Castin Tryudo, Gürcüstanın baş naziri Mamuka Baxtadze, Ermənistanın baş naziri Nikol Paşinyan, Latviya və Litvanın XİN rəhbərləri, Avstriya kansleri Sebastyan Kurts və İsveçin xarici işlər naziri Marqot Vallstrem təbrik edib.
Qeyd edək ki, protokolların 80%-inin emalından sonra Zelenski liderlik edir.