ABŞ prezidenti Donald Trampın xüsusi köməkçisi

ABŞ prezidenti Donald Trampın xüsusi köməkçisi, Avropa və Rusiya Məsələləri üzrə Milli Təhlükəsizlik Departamentinin direktoru Fiona Hill Rusiyaya məxfi səfər edib. Bu barədə "Kommersant" qəzeti yazıb.
Məlumatda bildirilir ki, onunla bir yerdə Ağ Evin heyət nümayəndələri də gəlib. Səfər zamanı Hill Rusiyanın Təhlükəsizlik Şurası və XİN nümayəndələri ilə görüş keçirib.
Qeyd edək ki, Trampın köməkçisinin Rusiyaya səfərini nə ABŞ, nə də yerli media işıqlandırmayıb.