Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan uduzdu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda bələdiyyə sədri ilə bağlı keçirilən seçkiləri CHP namizədi Əkrəm İmamoğluna məğlub olduqdan sonra şəhərin 3 universitet rektorunu dəyişib. Müvafiq qərar "Rəsmi Qəzet"də dərc olunub.
Ərdoğanın qərarı ilə Qalatasaray Universiteti, İstanbul Medipol Universiteti və Biruni Universitetlərinə yeni rektorlar təyin olunub.
Türkiyə dövlət başçısı bundan əlavə daha 6 universitetin rektorunu da işdən çıxarıb: Afyon Kocatepe Universiteti, Bursa Uludağ Universiteti, Çanaqqala On Səkkiz Mart Universiteti, Van Yüz İl Universiteti, TOBB İqtisadiyyat və Texnologiya Universiteti və Ali İxtisas Universiteti.