Alan Qarsiyanın həyatını xilas etmək mümkün olmayıb

Perunun sabiq dövlət başçısı Alan Qarsiya həyatını itirib. Evinə polislərin daxil olduğunu görən sabiq prezident tapança özünə qəsd edib.
Xəstəxanaya aparılsa da, Alan Qarsiyanın həyatını xilas etmək mümkün olmayıb.
16:56 - Perunun sabiq prezidenti Alan Qarsiya ölkənin hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan zaman intihara cəhd edib. Bu barədə yerli KİV yazır.
Qeyd edək ki, Perunun digər prezidenti Pablo Kuçinski Braziliyanın "Odebrecht" tikinti şirkətindən 782 min dollar məbləğində rüşvət almaqda ittiham edilir.