Ömər əl Bəşir həbsxanaya göndərilib.

Sudanda aylardır davam edən nümayişlərdən sonra ordu tərəfindən həyata keçirilən çevrilişlə vəzifəsindən çıxarılan və ev həbsindən saxlanılan Ömər əl Bəşir həbsxanaya göndərilib.
Bu barədə devrilmiş prezidentin ailəsi xəbər verib. Məlumata görə, Bəşir dünən gecə paytaxt Hartumun şimalında ali təhlükəsiz səviyyədə qorunan Kober Həbsxanasına nəql edilib.