Dünən axşam Fransa prezident Emmanuel Makron televiziyada çıxış

Dünən axşam Fransa prezident Emmanuel Makron televiziyada çıxış edərək 5 il müddətində əvvəlkindən də daha gözəl kilsənin bərpa edilməsi arzusunu səsləndirib.
Makron, "hər kəs bacardığı qədər yardım göstərir, hər kəsin öz yeri, öz rolu var. Fransızlar, Fransa və Parisi sevən bütün xaricilər bildirmək istəyirəm ki, sizin kədərinizi, eləcə də ümidlərinizi bölüşürəm. Birlikdə çalışacaq və istəyimizə nail olacağıq”, - deyə bitirib.
Qeyd edək ki, dünənə qədər Notr-Dam kilsəsinin yenidən bərpa edilməsi üçün 700 milyon avro ianə toplanılıb.
Mütəxəssislər kilsənin bərpasının 10 ildən 15 ilə qədər müddətdə mümkün olacağını və buna yüz milyonlarla avro maliyyə tələb olunacağını vurğulayıblar.