Liviyanın paytaxtı Tripoli şəhərinə rəket zərbələri endirilib

Dünən gecə Liviyanın paytaxtı Tripoli şəhərinə rəket zərbələri endirilib. Bu barədə "Reuter" agentliyi yazıb.
Məlumatda bildirilir ki, hadisə nəticəsində 4 nəfət həlak olub, 23 nəfər isə ağır yaralanıb. Şəhərdə ən azı 7 güclü partlayış səsi eşidilib.
Həmçinin məlumatda qeyd edilir ki, "Lybya Observer" portalının jurnalistləri bu cinayətdə feldmarşal Xəlifə Həftəri günahlandırıb.