Donetsk və Luqansk Ukrayna tərkibinə qayıdacaq

Rada Ukraynanın tərkibində Donbasın muxtariyyətini heç vaxt dəstəkləməyəcək. Bu barədə Ukrayna Ali Radasının vitse-spikeri İrina Qeraşenko Facebook hesabında yazıb.
"Donetsk və Luqansk Ukrayna tərkibinə qayıdacaq. Heç bir muxtariyyətdən söhbət gedə bilməz. Rada bu ideyanı heç vaxt dəstəkləməyəcək", - deyə, o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl "Yaşamaq uğrunda Müxalifət Platforması Partiyası"nın Siyası Şurasının rəhbəri Viktor Medvedçuk Donbasın Ukrayna tərkibində muxtariyyətini tanımağı təklif edib.