Ukraynda prezident seçkilərinin ikinci turu aprelin 21-i keçiriləcək

ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker ukraynalıları hazırkı prezident Pyot Poroşenkoya səs verməlyi çağırıb.
Bu barədə "TASS" agentliyi yazıb.
Onun sözlərinə görə, Ukrayna xalqı seçim etməlidir, sadəcə sistemə qarşı çıxan və geniş islahatlar vəd edən birinə, yoxsa vətəndaşları bəzi məsələlərdə məyus etsə belə, lakin 20 ildə heç kimin edə bilmədiyi islahatlar həyata keçirən və Putinlə üz-üzə gələn şəxsə səs vermək istəyir.
Qeyd edək ki, bundan əvvəl Volker dəfələrlə ABŞ-ın heç bir namizədi dəstəkləmədiyini deyib.
Xatırladaq ki, Ukraynda prezident seçkilərinin ikinci turu aprelin 21-i keçiriləcək.