Böyük Britaniyanın baş naziri tereza Mey Avropa Birliyinə müraciət edib

Böyük Britaniyanın baş naziri tereza Mey Avropa Birliyinə müraciət edib. Bu barədə "Sky News" məlumat yayıb.
Tereza Mey Avropa Birliyinə müraciəti zamanı "Brexit"in iyunun 30-dək təxirə salınmasını istəyib.
Qeyd edək ki, aprelin 4-də Britaniya Parlamenti qanun layihəsini qəbul edib ki, Tereza Mey Aİ-dən çıxmaqla bağlı aprelin 12-nə nəzərdə tutulmuş sazişlə bağlı möhlət alsın.