Yeni təhdid

Filippinin prezidenti Rodriqo Duterte Cənubi Çin dənizindəki mübahisəli Titus adası (Paq-as) ətrafındakı vəziyyətlə bağlı Çini hərbi əməliyyatlarla təhdid edib. Bu barədə AFP məlumat yayıb.
Hazırda ada ətrafında Çin Sahil Mühafizə İdarəsi və balıqçılarının yüzlərlə gəmisi yerləşir ki, bu da Filippində ciddi narahatlıq doğurur və ölkənin suverenliyini pozur.
"Mən nə xahiş edəcəm, nə də yalvaracam. Sadəcə sizə deyirəm ki, Paq-ası tərk edin, çünkü orada mənim əsgərlərim var",-deyə Rodriqo Duterte əlavə edib.
Qeyd edək ki, Çin, Tayvan, Filippin, Bruney, Malayziya və Vyetnam ada və rifləri üzərində öz hüquqlarının olduğunu iddia edir.