Venesuela rəhbərliyi enerji sisteminin bərpası məqsədilə Rusiyadan yenidən borc almaq niyyətindədir.

Venesuela rəhbərliyi enerji sisteminin bərpası məqsədilə Rusiyadan yenidən borc almaq niyyətindədir. Bu barədə "gazete.ru" portalı məlumat yayıb.
Nikolas Maduronun rəhbərlik etdiyi hökumət buna qədər Rusiyadan 3 milyard dollar borc alsa da, hələki bunu qaytara bilməyib. Üstəlik ABŞ sanksiyaları ucbatından büdcəsində kifayət qədər maliyə çatışmazlığı yaranan Venesuela enerji sisteminin bərpası üçün yenidən Moskvadan borc istəyib.
"Venesuela Rusiyadan növbəti maliyyə yardımı gözləyir. Rusiya ilə elektrik enerjisi sahəsində sazişin bağlanması mümkünlüyünü müzakirə edirik",-deyə ölkənin vitse-prezidenti Rikardo Menendez vurğulayıb.