Mən dəlil və motivləri bilmirəm

Litvanın baş naziri Saulius Skvernyalis bəyan edib ki, Estoniya prezidenti Kersti Kalulayddan fərqli olaraq Vladimir Putinlə görüşməkdə bir lüzum görmür. Bu barədə "BNS" məlumat yayıb.
"Mən dəlil və motivləri bilmirəm. Hesab edirəm ki, Kalulayd Eston dövləti və xalqının maraqlarını qorumaq və müdafiə etmək üçün bu addımı atır. Əgər onun qərarı həmin məqsədlərlə bağlıdırsa, mən bunu dövlət və xalqın maraqlarının maraqlarının təmsili olaraq hesab edirə",-deyə baş nazir vurğulayıb.
Xatırladaq ki, Kersti Kalulayd Rusiya prezidenti Vladimir Putinlə Moskvada aprelin 18-də görüşəcəkdir.