Sülh danışıqlarının şərtləri yoxdur

Əfqanıstan prezidenti Əşrəf Qəni ABŞ-ın Talibanla danışıqlar kontekstində Kabilə təzyiq göstərdiyini bəyan edib. "TOLOnews"bildirir ki, bu barədə o, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlərin qarşısında çıxışı zamanı danışıb.
"Sülh danışıqlarının şərtləri yoxdur, amma sülhün şərtlər var və Əfqan xalqı danışıqlara məhdudiyyətlər tətbiq edəcək. Qanunun pozulmasına səbəb olan təzyiq qəbul edilməzdir. Biz heç kimə təslim ola bilmərik və sülh danışıqlarının nəticəsinə çatana qədər torpaqlarımızı qürurla müdafiə edəcəyik ,-deyə Əşrəf Qəni vurğulayıb.