Birləşmiş Ştatların Bağdadı Tehrandan uzaqlaşdırmağa cəhdlərinə rəğmən İraq baş nazirinin qonşu ölkəyə ilk səfərini reallaşdıracaq.

İraqın baş naziri Adil Əbdül Mehdi 6 aprelda İrana səfər edəcək. Bu barədə "France-Presse" agentliyi məlumat yayıb.
Birləşmiş Ştatların Bağdadı Tehrandan uzaqlaşdırmağa cəhdlərinə rəğmən İraq baş nazirinin qonşu ölkəyə ilk səfərini reallaşdıracaq.
Qeyd edək ki, 77 yaşlı Adil Əbdül Mehdi 2018-ci il iyun ayında ölkənin baş naziri seçilib. O, çıxışları zamanı dəfələrlə ölkəsinin həm Birləşmiş Ştatlar, həm də İranla yaxşı münasibətlər qurmaq istədiyini açıqlayıb.
Buna qədər 11-12 mart tarixlərində İran prezidenti Həsən Ruhani İraqa sıəfır etmişdi