Terror hücumu hazırlayan şəxslər yaxalanıb

Fransada uşaq bağçasına terror hücumu hazırlayan şəxslər yaxalanıb. Bu barədə "Avropa 1" radiostansiyası məlumat yayıb.
Bağçada terror aktı törətməyə hazırlaşan şəxslər Parisdə ələ keçiblər. Sonuncu şübəhli 25 mart tarixində polis əməkdaşları tərəfindən saxlanılıb.
Həbs olunanlardan birinin ruhi xəstə olması ehtimal edilir.