Estoniya prezidenti Kersti Kalyulayd Rusiyaya rəsmi səfəri zamanı həmkarı Vladimir Putinlə görüşmək niyyətindədir

Estoniya prezidenti Kersti Kalyulayd Rusiyaya rəsmi səfəri zamanı həmkarı Vladimir Putinlə görüşmək niyyətindədir. Bu bəyanatla Estoniyanın Rusiyadakı səfirliyi çıxış edib.
Diplomatik korpus prezidentlərin görüşünün baş tutması üçün Rusiya Xarici İşlər Nazirliyinə sorğu göndərib. "Rusiya tərəfinə rəsmi müraciət edilsə də, buna cavab verilməyib",-deyə bəyanatda qeyd olunur.
Ötən həftə Kremldən açıqlanmışdı ki, Estoniya tərəfindən Putin və Kalyulayd arasında görüşün mümkünlüyü ilə bağlı təşəbbüs hələ olmayıb, lakin belə bir görüşün baş tutması mümkündür.
Xatırladaq ki, Estoniya prezidenti Kersti Kalyulayd işgüzar səfərlə aprelin 18-də Moskvaya səfər edəcək. O, paytaxt Moskvada Estoniya Respublikası səfirliyinin yeni təmir olunmuş binasının açılışında iştirak edəcək.
Sonuncu dəfə Estoniya prezidenti 2011-ci ildə Rusiyaya səfər edib. O vaxt Tomas Hendrik İlves Sankt-Peterburqda Yani Kilsəsinə baş çəkib.
Son 8 ildə iki ölkə arasında münasibətlər pisləşən tempdə davam edir.