Kyare Appendinoya içində partlayıcı olan məktub göndərilib.

İtaliyanın Turin şəhərinin meri Kyare Appendinoya içində partlayıcı olan məktub göndərilib.
Bu barədə "HCH" agentliyi yazıb.
Məlumatda bildirilir ki, hadisə yerinə gələn polislər partlayıcını zərərsizləşdirib. Ekspertlərin fikrincə, bombanı yerli anarxistlər göndərib.
Buna münasibət bildlrən Appendino, "Əgər kimsə məni bununla qorxutmaq istəyirsə, o, çox yanılır", - deyib.