Abdel Əziz Buteflik cari prezidentlik dövrü bitməmiş istefaya gedəcəyini açıqlayıb.

Əlcəzair prezidenti 82 yaşlı Abdel Əziz Buteflik cari prezidentlik dövrü bitməmiş istefaya gedəcəyini açıqlayıb. Buteflika «keçid dövründə» öz vəzifələrinin çox hissəsini yerinə yetirməyə davam edəcək.
Qeyd edək ki, cari prezidentin vəzifə səlahiyyəti aprelin 28-də başa çatır.
Bundan əvvəl dövlət başçısı beşinci dövr prezidentliyi üçün namizədliyini irəli sürməkdən imtina edəcəyini bildirmişdi.