Yeni yardim 200 mln dollar

Rusiya Belarusa cari borclarını ödəməsi üçün 600 mln. dollar kredit verəcək. Bu barədə Rusiya baş nazirinin müavini, maliyyə naziri Anton Siluanov məlumat verib.
Belarus tərəfi həmçinin aprelin sonunadək iqtisadiyyatın inkişafı və sabitləşməsi üçün Avrasiya Fondundan 200 mln. dollar məbləğində kredit tranşı ala biləcək.
Nazirin sözlərinə görə, Minsk Avrasiya fondunun sabitlik və inkişaf krediti üçün bütün şərtləri yerinə yetirib və buna görə ölkəyə yeddinci tranş təqdim ediləcək