Qeyd edək ki Qaşıqçının övladlarına milyonlarla dollar dəyərində mülk və külli miqdarda ödəniş təqdim olunub.

Səudiyyə Ərəbistanı rəhbərliyi jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar onun övladlarına kompensasiya qismində daşınmaz əmlak və aylıq ödəniş ayırıb. Bu barədə "The Washington Post" qəzeti yazıb.
Nəşrin yazdığına əsasən, Qaşıqçının övladlarına milyonlarla dollar dəyərində mülk və külli miqdarda ödəniş təqdim olunub.
Səudiyyə rəhbərliyi bu ödənişlər müqabilində Camal Qaşıqçının ailə üzvlərindən rejim əleyhinə heç bir bəyanat səsləndirməməyi istəyib.
Qeyd edək ki, Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğuna gedəndən sonra yoxa çıxıb. O, boşanma haqqında sənəd almaq üçün konsulluq binasına girib. Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə, Qaşıqçı binada Səudiyyə Ərəbistanından gələn xüsusi qrup tərəfindən öldürülüb. Daha sonra onun başı kəsilib, bədəni parçalanıb və xüsusi çamadanda konsulluq binasından çıxarılıb.