Yəməndə çox sayda insan ölüb

6 ay ərzində Yəməndə 408 dinc sakin həyatını itirib, 711 nəfər isə yaralanıb. Bu barədə Yəmən Milli Komitəsi hesabat yayıb. Bildirilir ki, statistikada 2018-ci ilin avqust ayından 2019-cu ilin yanvarına kimi dövr götürülüb.
Araşdırmalar zamanı qurbanların əksəriyyətinin Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələrinin hava hücumu nəticəsində həyatını itirdiyi məlum olub. Bundan başqa səudyönlü muzdurların da bir sıra cinayət faktları üzə çıxıb.
Hesabatda işkəncələr və zorla köçürmələr, həmçinin bəzi qanunsuz həbslər, insan oğurluğu halları da qeydə alınıb.
Xatırladaq ki, Səudiyyə rejiminin birbaşa diqtəsi ilə hökumət idarə edən Yəmən prezidenti Mənsur Hadi buna etiraz edən xalqa qarşı zor tətbiq etdikdən sonra ölkə boyu kütləvi aksiyalar həyata keçirilmişdi. Xalq Mənsur Hadidən islahatlar həyata keçirməyi və Səudiyyənin tapşırıqlarının yerinə yetirməməyi tələb edirdi. Uzun müddətli aksiyalar zamanı prezidentin əmri ilə xalqa qarşı sıxılan güllə vəziyyəti bir qədər də gərginləşdirdi və Mənsur Hadi ölkədən qaçaraq Səud rejiminə sığındı. Buradan isə öz xalqına qarşı müharibə elan etdi. Bəzi ərəb ölkələrini bu müharibəyə səslədi və yaradılan koalisiya bu gün də Yəməni bombalayır. Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.