Donald Trampın qərarından sonra

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Birliyinin İsrailin işğalı altında olan Qolan təpələri üzərindəki suverenliyini tanımadığını açıqlayıb. Donald Trampın qərarından sonra AB-yə üzv 28 ölkə adından yazılı açıqlama ilə çıxış edən Moqerini, "Aİ-nin Qolan təpələrinin statusuna dair mövqeyi dəyişməyib",-deyə vurğulayıb.
"Avropa İttifaqı beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 242 və 497 saylı qərarlarına əsasən İsrailin işğalı altında olan Qolan təpələri üzərindəki suverenliyini tanımır",-deyə Federika Moqerini əlavə edib.