2019-cu il ən çox edam reallaşan il olacaq

2019-cu il Səudiyyə Ərəbistanında ən çox edam reallaşan il olacaq. Bu barədə "sputniknews" məlumat yayıb.
Səudiyyə rəhbərliyi bu ilin ilk üç ayında 43 nəfəri edam edib. Bu il ümumilikdə 172 edam cəzasının reallaşması gözlənilir. İndiyə qədər ən çox edam 2015-ci ildə həyata keçirilib. 158 nəfərin edam olunduğu 2015-ci ildən sonra, 2016-cı ildə 154, 2017-ci ildə isə 146 nəfər edam cəzasına məruz qalıb.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanla "müasirləşmə" dövrünü yaşayan Səudiyyə Ərəbistanında ən çox edam da, elə cari ildə baş verəcəyi ehtimal olunur.