Layihəyə görə

Strasburqda toplanan Avropa Parlamenti Baş Məclisi Avropa Birliyi ölkələrində mövcud yay və qış saatı tətbiqinin dəyişdirilməsi üçün ilkin layihəni təsdiq edib.
Millət vəkilləri bir saat tətbiqinə keçilməsini nəzərdə tutan layihəni 192-yə qarşı 410 səslə qəbul edib.
Layihəyə görə, AB üzvü olan ölkələr 2020-ci il aprel ayına qədər yay və ya qış saatı arasında daim qalacaq bir seçim edəcək və 2021-ci ildən etibarən mövsümü saat tətbiqi başa çatacaq.
AB ölkələri hər il mar ayının son bazar günü saatları 1 saat qabağa, oktyabr ayının son bazar günü isə 1 saat geri çəkirdi.
AB Komissiyasının yay saatı tətbiqi haqqında ictimai rəyi öyrənmək üçün keçirdiyi sorğuya keçən il 4.6 milyon insan qatılmışdı. Sorğuda iştirak edənlərin 84 faizi fərqli saat tətbiqinin əleyhinə olmuşdu.