ABŞ prezidenti Donald Trampın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanınması beynəlxalq hüquqların bütün normalarına ziddir.

ABŞ prezidenti Donald Trampın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanınması beynəlxalq hüquqların bütün normalarına ziddir.
"RİA Novosti" verdiyi məlumata görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.
"Heç kimin ağlına belə gəlməzdi ki, Amerikada hakimiyyətə bir cənab gələcək, başqa ölkəyə məxsus olan ərazini birtərəfli olaraq işğalçıya hədiyyə verəcək", - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun iştirakı ilə sionist dövlətin Qolan yüksəklikləri üzərində suverenliyini tanınmasına dair sənədə imza atıb.