Onun sözlərinə görə

Süni intellekt olduqca mübahisəli bir texnologiyadlr və insanlığa zərər verə bilər.
"Rg.ru" portalı verdiyi məlumata görə, bu barədə "Microsoft" şirkətinin banisi Bill Qeyts Stanford Universitetindəki konfransda deyib.
Onun sözlərinə görə, süni intellekt nüvə silahına bənzəyir və yalnız dinc məqsədlərlə inkişaf etdirilməlidir. Əks halda bəşəriyyədi bəla gözləyir.
Həmçinin Qeyts onu da vurğulayıb ki, ABŞ bu texnologiyada liderliyi itirib və növbıəti on ildə arxada qalan ölkələr siyahısına düşmək ehtimalı böyükdür.
Qeyd edək ki süni intellekt insan beynini imitasiya edən neyron şəbəkə texnologiyası üzərində qurulub.