Böyük Britaniya şahzadəsi Çarlz və onun həyat yoldaşı Kamilla rəsmi səfər ilə Kubaya gəliblər.

Böyük Britaniya şahzadəsi Çarlz və onun həyat yoldaşı Kamilla rəsmi səfər ilə Kubaya gəliblər.
TASS-a yaydığı xəbərə görə, bu Böyük Britaniya kral ailəsi üzvünün Kubaya tarixdə ilk rəsmi səfəridir.
Kral cütlüyü Kuba milli qəhrəmanı Xose Martinin abidəsini ziyarət edib ora əklil qoyublar.
Kral cütlüyü Kubada 3 gün qalacaq. Onlar səfər çərçivəsində bir sıra görüşlər keçirəcək və mədəniyyət mərkəzini ziyarət edəcəklər.