Istintaqa başlayıb.

ABŞ polisi Kaliforniyada məscid yaxınlığında binada Yeni Zellandiya terroru ilə bağlı yazı aşkarlayandan sonra ibadət ocabının yandırılması ilə bağlı istintaqa başlayıb. Bu barədə Los Angeles Times xəbər verib.
Hadisə bazar günü səhər Eskondilo şəhərində məsciddə baş verib. Polis bildirib ki, yanğın zamanı binada 7 nəfər olub. Onlar özləri yanğınsndürən balonun köməyi ilə alovu nəzarətə ala biliblər.
Yerli Müsəlman Cəmiyyətinin üzvü Yusif Miller bildirib ki, xoşbəxtlikdən yanğın sübh namazından əvvəl baş verdiyi üçün məsciddə az adam olub. Polisin məlumatına görə, şübhəli şəxs məscidin park yerində qraffiti formasında ismarıc qoyub. İsmarıcın mətni barədə məlumat verilməsə də, hüquq mühafizə orqanları bunun Yeni Zellandiya məscidində baş verən terrorla əlaqəsi olduğunu bəyan edib.