Manqistay əyalətində "Kalamaks" neft yatağında yanğın baş verib

Qaxaxıstanın Manqistay əyalətində "Kalamaks" neft yatağında yanğın baş verib. Bu barədə ölkə DİN-in fövqəladə hallar komitəsinin rəsmi nümayəndəsi Nursultan Nurəhmədov bəyan edib.
O, hadisə nəticəsində ölən və yaralananların olmadığını vurğulayıb.
Hazırda alovla 4 vahid texnika və 14 nəfər mübarizə aparır.