Beynəlxalq problemlərin həlli mexanizmi var

İşğal altındakı Dağlıq Qarabağda separatçıların sabiq ordu komandanı Samvel Babayan sensasiyalı açıqlama ilə çıxış edib. Ermənistan ictimaiyyətini Madrid prinsiplərindən imtina etməyə və Qarabağ uğrunda müharibəyə hazırlaşmağa çağırıb.
"Beynəlxalq problemlərin həlli mexanizmi var. Ciddi münaqişələr ərazi mandatının verilməsi yolu ilə həll olunur. Məsələn, Rusiya mandat alır, xəritəsini tərtib edir və insanlar həmin sərhədlərdə yaşayır. Bu cür münaqişələr məhz belə həll olunur. O ki, qalı Azərbaycan və Ermənistana masa arxasında oturmalı və razılığa gəlməlidir. Bu cür porblem həll olmayacaq və müharibəyə gətirib çıxaracaq",-deyə Samvel Babayan əlavə edib.