Mixeil Saakaşvili geri cəkilir

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili müxalif "Vahid milli hərəkatı" partiyasının sədri vəzifəsini tərk edib.
Bu barədə "İnterfaks" agentliyi yazıb.
Siyasətçinin sözlərinə görə, o, Gürcüstana gəlib partiya rəhbərliyini icra edə bilmədiyi üçün bu qərara gəlib.
Saakaşvili onu da vurğulayıb ki, partiya lideri postunda məhz Gürcüstanın sabiq xarici işlər naziri Qriqola Vaşadzeni görür.
Qeyd edək ki, partiya liderləri Saakaşvilinin bu qərarını müsbət qarşılayıb.