Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki

Rusiya prezidenti Vladimir Putin yaxın günlərdə qubernatorları kütləvi istefaya göndərəcək. Bu barədə "Vedomosti" qəzeti Prezident Administrasiyasındakı mənbəsinə istinadən yazıb.
Mənbələrin məlumatına görə, istefalar artıq bu həftə başlaya bilər.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vladimir Putin bu həftə regional problemlərlə məşğul olacaq. Lakin o, qubernatorların istefası ilə bağlı suala cavab verməyib.
Qəzet iddia edir ki, istefaya gedəcək qubernatorlar arasında Marina Kovtun (Murmansk vilayəti), Aleksandr Berdnikov (Altay Respublikası), Yuri Berqa (Orenburqsk vilayəti), Boris Dubrovsk (Çelyabinsk vilayəti), Aleksey Orlova (Kalmıkiya Respublikası) və Andrey Boçarovun (Volqoqrad vilayəti) adları var.