Si Tzinpin rəsmi səfər edəcək

Çin Xalq Respublikasının rəhbəri Si Tzinpin martın 21-dən 26-na kimi İtaliya, Fransa və Monakoya rəsmi səfər edəcək.
"RİA Novosti" verdiyi məlumata görə, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lu Kan bildirib.
"Fransa prezidenti Emmanuel Makron, İtaliya prezidenti Serco Matarella və Monako knyazi Alber II-nin dəvəti ilə Si Tzinpin bu üç ölkəyə səfər edəcək", - deyə o, vurğulayıb.
Qeyd edək ki, digər təfərrüatlar hələlik açıqlanmır.