Yeni Zellandiyada məsciddəki atışmanı terrordu

Avstraliyanın baş naziri Skott Morrison Yeni Zellandiyada məsciddəki atışmanı terror adlandırıb.
Bu barədə "Reuters" agentliyi yazıb.
Onun fikrincə, baş vermiş insident ekstremist və zorakı xarakterlidir.
"Mən günahsız zelandiyalarının həyatına son qoyan amansız ekstremist terror hücumunu pisləyirəm", - deyə o, vurğulayıb.
Həmçinin baş nazir həlak olanların ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, Yeni Zellandiyada məsciddə baş vermiş atışma nəticəsində 40 nəfər həlak olub.