Təl-Əvivə iki ədəd raket atılıb.

Qəzza zolağından İsrailin paytaxtı Təl-Əvivə iki ədəd raket atılıb.
İsrail ordusundan verilən yazılı açıqlamada, hadisəyə dair ətraflı məlumat verilməyib. Amma rejimə yaxın media orqanları sözügedən raketlərdən birinin havadan müdafiə sistemi "Dəmir günbəz" tərəfindən vurulduğunu, digərinin isə Təl-Əviv yaxınlığındakı boş əraziyə düşdüyünü bildirilir.
İsrail mediası raketlərin Fələstin İslami Cihad Hərəkatı tərəfindən atıldığını iddia edir. Fələstinli müqavimət təşkilatlarından isə hər hansı bir açıqlama verilməyib.
"RİA Novosti"nin yazdığına görə, İsrail rejiminin Müdafiə Ordusu hazırda Qəzza zolağına raket zərbələri endirir. Fələstinli şahidlər İsrailin həmçinin təyyarələrin də havaya qaldırıldığını bildirirlər.