İvanka və Kuşner Ağ Evdə dəfələrlə qalmaqal yaradıb

ABŞ prezidenti Donald Tramp qızı İvanka Tramp və kürəkəni Cared Kuşneri Ağ Evdən qovmaq istəyib.
"People" jurnalına verdiyi məlumata görə, bu barədə məşhur jurnalist Viki Uord "Kuşner Şirkəti: acgözlük, ambisiyalar və korrupsiya" adlı kitabında yazıb.
Jurnalistin sözlərinə görə, İvanka və Kuşner Ağ Evdə dəfələrlə qalmaqalar yaradıb.
Həmçinin Uord kitabında onu da qeyd eidb ki, Tramp sabiq Apparat rəhbəri Con Kellidən kürəkəni və qızını Ağ Evdən qovmasını tələb edib.
Xatırladaq ki, İvanka Tramp və Cared Kuşner Trampın baş müşavirləridir.