Polşa hakimiyyətinə edilən təklif

Rəsmi Vaşinqton Varşava ilə Polşa ərazisində ABŞ-ın hərbi bazasının yaradılması ilə bağlı müzakirələr aparır.
Bu barədə "RİA Novosti" agentliyi "Defense One" portalına istinadən yazıb.
ABŞ-ın müdafiə nazirinin beynəlxalq təhlükəsizliyi məsələləri üzrə köməkçisi Ketrin Uilbargerin sözlərinə görə, razılaşmanın hazırlanmasına bir ilə yaxın vaxt gedə bilər. Eyni zamanda ABŞ-ın müdafiə nazirinin müavini Con Rudun Polşa hakimiyyətinə etdiyi təklifin detalları açıqlanmayıb.
Qeyd edək ki, hazırda Polşada 4,5 min ABŞ əsgəri yerləşir.