Dogru qərar

İsveçin Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkədə səfiri Viktor Tatarintsevdən tələb edib ki, rusiyalı diplomatlardan birini ölkədən çıxarsın. Bu barədə İsveç xarici siyasət idarəsindəki mənbəsinə istinadən "Dagens Nyheter" nəşri yazıb.
Nəşr iddia edir ki, diplomatlardan biri Rusiyanın kəşfiyyat xidmətinin əməkdaşıdır.
"Mən yalnız onu deyə bilərəm ki, biz diplomatlardan birinin fəaliyyəti ilə bağlı səfiri çağırmışıq",-deyə İsveç XİN-in nümayəndəsi Patrik Nilson məlumatı təsdiqləyib, ancaq təfərrüatlar barədə danışmayıb.