Hökumət sarı gödəkcəlilərin aksiyalarındakı zorakılıq hadisələrinin qarşısını alacaq

Fransa Milli Məclisi Senatda keçirilən səsvermədən sonra nümayişçilərə qarşı sərt cəzalar nəzərdə tutan qanun layihəsini qəbul edib. Səsvermədə layihə 115 "xeyr" və 18 "bitərəf" və 210 "bəli" səsi alıb. Layihə qüvvəyə minmədən əvvəl Fransa Konstitusiya Məhkəməsi tərəfindən nəzərdən keçiriləcək.
Daxili işlər naziri Kristof Kastaner açıqlamasında bu layihənin özbaşına əməliyyatların başlanğıcı olmadığını müdafiə edib.
Hökumət sarı gödəkcəlilərin aksiyalarındakı zorakılıq hadisələrinin qarşısını almaq üçün nümayişçilərə sərt cəzalar tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Bu layihə çərçivəsində aksiyalarda üzünü bağlayan etirazçılara bir il həbs və 15 min avro pul cəzasına icazə verən maddələr yanvar ayında qəbul etmişdi.
Qadağaya baxmayaraq, aksiyaya qatılanların 6 ay həbs cəzası və 7 min 500 avro pul cəzasına məhkum ediləcəyi bildirilmişdi.
Layihədə icazə almadan mitinq keçirənlərin və aksiyalarda qarışıqlıq yaradanların sərt şəkildə cəzalandırılması nəzərdə tutulur. Mitinqlər zamanı yaranan zərərin dəyərinin də nümayişçilər tərəfindən ödənilməsi nəzərdə tutulur.
Hökumətin bu layihə ilə "sarı gödəkcəlilər"ə qarşı mövqeyini sərtləşdirəcəyinə işarə edilir.
Avropa Şurasının İnsan Haqları üzrə komissarı Dunya Myatoviç açıqlamasında, bu qanun layihəsinin ifadə azadlığı və sərbəst